Proqramlaşdırma dilləri

Proqramlaşdırma dilləri nə üçündür?

2591 izlənmə

Paylaş

 

17

Ramin Orucov

İnformasiya Texnologiyaları

Paylaşılma tarixi

27 sentyabr 2013 13:01

Proqramlaşdırma dilləri təbii ki, proqram yazmaq üçündür. Proqramlaşdırma dillərini əsas 2 istiqamətdə bölə bilərik. Korporativ sektorda tələb olunan proqramlaşdırma dilləri və online, mobil sistemlər üçün tələb olunan proqramlaşdırma dilləri. Korporativ sektorda ən çox tələb olunan JavaScript  proqramlaşdırma dilləridir. Java proqramlaşdırma dili daha çox  unix, linux əməliyyat sistemindən istifadə edən şirkətlər tərəfindən daha geniş istifadə olunur. Windows əməliyyat sistemində, microsoft şirkətinin məhsullarını istifadə edən kiçik və orta şirkətlər üçün daha çox C# doppler platformasından  istifadə olunur. Eləcədə, webdə olan proyektlərdə daha çox istifadə olunan PHP dili var. Əslində, PHP dilinə myscript də demək olar. Web studiyolarda, online sistemlərdə bir çox saytların yaradılmasında PHP proqramlaşdırma dili istifadə olunur. PHP dili qədərdə olmasada, ondan daha az istifadə olunan, amma çox gözəl perspektivi olan python dili var.Əslində məşhur dildir, hansı ki, istifadəçilərə, proqramçılara PHP-də olmayan bəzi üstünlükləri, imkanları verir. Mobil sistemdə isə əsas mobil platformalar android, apple-ios, blackberry, windows-fon və sinqan platformalarıdır. Bunların əksəriyyətində istifadə olunan proqramlaşdırma dili Java olduğuna görə android, blackberry, sinqan əməliyyat sistemlərində Java dili istifadə etmək mümkündür. İos proqramlaşdırma üçün istifadə olunan dil Objective-C-dir. Əksəriyyətində, windows-fon platformasında isə C# doppler platforması istifadə olunur, amma Java  dilini öyrənməyin perspektivləri odur ki, mobil sistemdə hal-hazırda daha çox inkişaf edən android sistemi olduğuna görə android proqramlaşdırmaya keçid etmək daha rahatdır.

Etiketlər :