Mühasibat uçotu və audit ixtisası

Mühasibat uçotu və audit ixtisası nədir?

1021 izlənmə

Paylaş

 

7

Firudin Sultanov

Mühasibat uçotu

Paylaşılma tarixi

09 may 2015 15:59

Mühasibat uçotu və audit ixtisası universitetlərin iqtisadiyyat və idarəetmə fakultəsi və ya biznesin təşkili bölməsində var olan bir ixtisasdır. Bu fakultədə yer alan ixtisaslar mühasibat uçotu, maliyyə, marketinq, menecment, biznesin təşkili üzrə ixtisaslar var. Əslində, təşkilatların içərisində 4 şöbə  vardır ki, bu ixtisaslar onunla əlaqəlidir. Əgər biz təşkilatın şöbələrinə baxsaq, 1-ci istehsalat və əməliyyatların idarə edilməsidir ki, bu ixtisaslardan menecment və ya biznesin təşkilinə yaxındır. 2-ci marketinq şöbəsidir ki, buda öz növbəsində menecment, marketinq və biznesin təşkili ixtisası ilə sıx bağlıdır. 3-cü insan resurslarının idarə edilməsidir və ya kadrlar şöbəsidir. 4-cü isə maliyyə və mühasibat uçotu ixtisasıdır ki, bu ixtisas 4-cü şöbə ilə əlaqəlidir. Ümumiyyətlə, mühasibat uçotu nə ilə əlaqəlidir? Mühasibat uçotu biznesdə pul ilə edilə bilən bütün əməliyyatları qeyd edən bir şöbədir. Bu qeyd etmə anlayışı öz yanında bəzi terminalogiyanıda gətirir və buradan biznesin dili ortaya çıxır. Bu dili oxumaq üçün mühasiblər istifadə edirlər. Bu dili istifadə edərək onu qeyd edirlər, qeyd etdikdən sonra hesabat şəklinə gətirirlər, daha sonra bunları şərh edirlər. Bu ixtisasın 2-ci tərəfi auditdir. Mühasibat uçotu tərəfindən ortaya çıxan hesabatlar və qeydlərin etibarlılığı çox vacibdir və bu maliyyə hesabatları digər şirkətlər tərəfindən istifadə olunur. Məsələn, vergilər nazirliyi üçün bu etibarlılıq vacibdir . Əgər şirkət çox önəmlidirsə, onun səhmləri qiymətli kağızlar bazarında alınıb-satılırsa, bu zaman həmin məlumatların etibarlılığı çox vacib məsələyə çevrilir. Auditlər o zaman işə yarayır ki, bu məlumatların etibarlılığına zəmanət verirlər. Bu şəkildə biz mühasibat uçotu və audit ixtisasının tərifini verə bilərik. Mühasibat uçotu tərəfi pul ilə ifadə edilə bilinən bütün əməliyyatları qeyd edir, hesabat şəklinə salır. Bu məlumatların etibarlılığı isə auditlərə təslim edilir. 

Etiketlər :