Kimya mühəndisliyi ixtisası

Kimya mühəndisliyi ixtisası nədir?

1107 izlənmə

Paylaş

 

4

Yusif Abdullayev

Kimya mühəndisliyi

Paylaşılma tarixi

29 may 2015 05:32

Kimya mühəndisliyi kiçik miqyaslı labaratoriyada baş verən prosesləri sənaye miqyaslı proseslərə daşımaqdan ibarətdir. Bunun üçün isə kimya mühəndisliyi ixtisasının biliklərinə yiyələnmək lazımdır. Kiçik bir misal üzərində kimya mühəndisliyini izah edək. Belə ki, xüsusi elektrik keçiriciliyinə malik, mexaniki və xüsusi fiziki xüsusiyyətləri olan polimer istehsal etmək lazımdır. Bunun üçün konkret olaraq kimya biliklərinə yiyələnmək kifayət etmir. Məsələn, sadəcə işə kimyəvi olaraq baxsaq sintez vasitəsilə polimer əldə etmək mümkündür. Amma alınmış bu polimerin fiziki xassələri, elektrik keçiriciliyinin və s. dəyişmələrin necə baş verdiyini öyrənmək üçün mexaniki texnoloji biliklərə də yiyələnmək lazımdır. Kimya mühəndisliyi bu iki sahəni vəhdət şəklində ələ alıb, son məhsulun ortaya çıxması üçün bütün vasitələrin səfərbər olmasını təmin edir. 

Etiketlər :