Mexanika mühəndisliyi ixtisası

Mexanika mühəndisliyi ixtisası nədir?

3424 izlənmə

Paylaş

 

7

Orxan Hüseynov

Mexanika mühəndisliyi

Paylaşılma tarixi

29 may 2015 05:45

Mexanika mühəndisliyi dedikdə insanların ağlına gələn bort, frezer kimi dəzgahlardır. Halbuki, bunlar mexanika mühəndisliyinin çox kiçik bir hissəsini təşkil edirlər. Bəs o zaman mexanika mühəndisliyi nədir? Mexanika mühəndisliyinin nə olduğunu deməmişdən əvvəl gəlin dünyamızı bu sahəsiz düşünək. Ətrafımızda gördüyümüz nəqliyyat vasitələrindən avtomobil, qatar, təyyarə, avtobus yoxdur, uzaq məsafələrə qısa vaxtda gedilə bilinmir, evdə istifadə etdiyimiz məişət avadanlıqlarından heç biri yoxdur. Bunların yoxluğu olmadan bir dünya necə təsəvvür edilirsə və bu artıq mümkün deyil, mexanika mühəndisliyi olmadan da dünyanı təsvir etmək mümkün deyil. Hətta indiki dövrdə robotlar, plastik cərrahiyyə əməliyyatları, suni orqanların hazırlanması kimi sahələr mexanika mühəndisliyinin iştirakı olmadan mümkün deyildir. Mexanika mühəndisliyi-materialşunaslıq qanunlarını bir araya gətirərək, parçaların istehsal edilməsi, onların analizi, bu proseslərdən sonra parça işləyərsə, onun davamlılığının təmin edilməsidir.

Etiketlər :