Maliyyə ixtisası

Maliyyə ixtisası nədir?

1923 izlənmə

Paylaş

 

6

Füzuli Əliyev

Maliyyə

Paylaşılma tarixi

29 may 2015 06:47

Maliyyə ixtisası universitetlərin biznesin idarə edilməsi və iqtisadiyyat fakultələrinə aid olan ixtisaslardan biridir. Ixtisas seçərkən sizin qarşınıza  maliyyə menecmenti, maliyyə uçotu kimi çıxa bilər. Ümumiyyətlə, maliyyə şirkətin və ya dövlətin maliyyə resurslarının tapılması, biznesin idarəedilməsinin təşkili deməkdir. Mikrosəviyyədə desək, bisneslərin və şirkətlərin fəaliyyətini yerinə yetirmək üçün müxtəlif maliyyə resurslarına ehtiyac vardır. Bu fəaliyyət borcla və ya səhmdarların bir araya gəlməsi ilə təmin edilə bilər. Maliyyə ixtisasında bunların hansının daha effektiv olduğunu və ya hər ikisiylə birlikdə maliyyələşmənin daha effektiv olduğunu öyrənəcəksiz. Maliyyə ixtisası şirkətlərin mövcud olan maliyyə resurslarının necə idarəedilməsini öyrədir. Ümumiyyətlə desək, bu sahədə olan maliyyə sahəsinin təmini və idarəedilməsi deməkdir. Dövlət səviyyəsindədə eyni qayda olaraq gələn gəlirlərin, verginin və s. Kimi mənbələrin müəyyən edilməsi, təmini, effektiv idarə edilməsi də maliyyə ixtisasında öyrənilir. Qısa olaraq, maliyyə ixtisası maliyyə mənbələrinin idarəedilməsi deməkdir. 

Etiketlər :