Məktəbəqədər təlim və tərbiyə ixtisası

Məktəbəqədər təlim və tərbiyə ixtisası nədir?

858 izlənmə

Paylaş

 

10

Cəmil Məmmədov

Məktəbəqədər təlim və tərbiyyə

Paylaşılma tarixi

20 iyun 2015 08:01

Məktəbəqədər yaş dövrü uşaqların 6 yaşına qədər olan dövrü əhatə edir. Bu dövrdə uşaqlar fərqli şəkildə inkişaf göstərirlər. Həyatın ən vacib dövrü olan məktəbəqədər dövrdə uşaqların əqli, fiziki, mənəvi, əxlaqi cəhətdən inkişafını göstərə bilərik. Həmçinin, bu dövr uşaqların məktəb təliminə hazırlıq dövrüdür. Bildiyimiz kimi, insanların öyrəndikləri bilik və bacarıqların çox böyük əksəriyyətini məktəbəqədər dövrdə öyrədirlər. Əlbəttə ki, bu dövrdə onlara ailədən əlavə, pedoqoji kadrların kömək etməsi əhəmiyyət kəsb edir. Bu sahədə isə, təlim və tərbiyə ixtisasında oxumuş, bu istiqamətdə təcrübələrini zənginləşdirmiş kadrların olması böyük köməklik göstərir. Təlim və tərbiyə ixtisası üzrə işləyəcək şəxslər pedoqoji fakultələrin məktəbəqədər  təlim və tərbiyə bölmələrində təhsil alır və məzun olaraq iş həyatına atılırlar. Məktəbəqədər yaş dövrü həm də uşaqların oyun dövrü olduğu üçün bu bölmədə uşaqların fiziki tərbiyəsi və oyun inkişafı ilə bağlı dərslərdə tədris olunmaqdadır. Məktəbəqədər təlim və tərbiyə ixtisasında təlim olunan digər dərslərdən biri isə məktəb təliminə hazırlığın təlimi dərsləridir. Bilindiyi kimi, kurrikulum islahatından sonra ibtidai sinif dövründə keçirilən dərslər bir qədər çətinləşdirlmiş və zənginləşdirilmişdir. Bu sahədə məktəbəqədər təlim hazırlığı uşaqların inkişafı üçün daha böyük əhəmiyyət kəsb edir. 

Etiketlər :