Kimya və biologiya müəllimliyi ixtisası

Kimya və biologiya müəllimliyi ixtisası nədir?

520 izlənmə

Paylaş

 

0

Ramil Rzayev

Kimya müəllimliyi

Paylaşılma tarixi

29 iyun 2015 13:16

Kimya və biologita müəllimliyi ixtisasına yiyələnmiş olan tələbələr ilk növbədə kimya və bilogiyaya aid olan fənləri mükəmməl şəkildə mənimsəmiş olurlar. Bu tələbələrin ixtiyarında müxtəlif məqsədlər üçün qurulmuş və müasir avadanlıqlarla təchiz olunmuş kimya və biologiya laboratoriyaları olacaqdır. Kimya laboratoriyalarından analitik kimya, fizikokimya, üzvi kimya biologiya laboratoriyalarından insan və heyvan anatomiyası laboratoriyası, zoologiya laboratoriyası, botanika laboratoriyası, müxtəlif ölçülü mikroskoplar və s. olmuş olacaqdır. Tələbələr nəzəri olaraq əldə etdikləri bilikləri laboratoriya şəraitində təcrübələrlə öyrənmiş olacaqlar. Digər tərəfdən tələbələr təhsil müddəti zamanı nəzəri bilikləri möhkəmləndirmək üçün kimyadan müxtəlif istehsalat sahələrini ekskursiyalar vasitəsilə izləyəcəklər. Biologiya üzrə isə heyvanları və təbiəti öyrənmək üçün çöllərə, meşələrə gedəcəklər.

Etiketlər :