Biznesin idarə edilməsi ixtisası

Biznesin idarə edilməsi ixtisası nədir?

1085 izlənmə

Paylaş

 

17

Nəsimi Kamalov

Biznesin idarə edilməsi

Paylaşılma tarixi

15 iyul 2015 12:22

Təbiidir ki, insanlar,cəmiyyət varlığını davam etdirmək üçün dünən və bugün olduğu kimi gələcəkdə də mal və xidmətləri istehlak edəcəkdir. Aydındır ki, mal və xidmətlərin istehlak olunması üçün bunların istehsalı, daşınması və ticarəti lazımdır. Bu o deməkdir ki, nə qədərki cəmiyyət, insanlar var başlıca istehsal daşınmaq və ticarət olmaqla biznes fəaliyyətləri və bu fəaliyyətləri həyata keçirən biznes qurumları olacaq və varlığını sonsuzadək davam etdirəcəkdir. Müasir dövrün iqtisad sistemi bazar prinsiplərinə əsaslanır və buna görə də bazar iqtisadiyyatı adlanır. Bəzi istisnalar olmaqla birlikdə demək olar ki, məhz inkişafın bazar iqtisadiyyatı modeli mənimsənilmişdir. Bazar iqtisadiyyatı müəyyən prinsip və qanunauyğunluqlara sahibdir. Bunlardan biri, və bəlkə də bir neçəsi rəqabətdir. Bəli, bugün biznes vahidləri həcmindən, fəaliyyət sahəsindən, hüquqi formasından asılı olmayaraq rəqabət mühitində fəaliyyət göstərirlər. Hətta bu rəqabət şəraiti o qədər ciddi xarakter almışdır ki, onu bəzən amasız rəqabət kimi də ifadə edirlər. Belə bir şəraitdə biznes vahidlərinin nəinki uğur qazanmaları ümumiyyətlə həyatda qalmaları və fəaliyətlərini davam etdirmələri rəqabət qabiliyyətinə başqa sözlə rəqabət edəbilmə güclərinə bağlıdır. Bu yalnız və yalnız biznesin təşkili və idarə edilməsi üzrə müasir tələblərə uyğun yetişmiş ixtisaslı kadrları işə cəlb edilməsi ilə mümkündür. Ali təhsil müəssisələrində biznesin idarə edilməsi üzrə kadr hazırlığına başlanması və hazırki şəraitdə uğurla davam etdirilməsinin əsas səbəbi də məhz mövcud olan bu tələb bu ehtiyacdır. Qısacası Biznesin idarə edilməsi ixtisası müasir dövrün tələblərinə uyğun olaraq biznesin səmərəli, məhsuldar və mənfəətli həm təşkil olunması həm də idarə edilməsinin əsas prinsip, metod və vasitələrini öyrədir.

Etiketlər :