Türk dili və ədəbiyyatı müəllimliyi ixtisası

Türk dili və ədəbiyyatı müəllimliyi ixtisası nədir?

251 izlənmə

Paylaş

 

1

Seyran Qayıbov

Təhsil

Paylaşılma tarixi

15 aprel 2016 07:06

Türk dili və ədəbiyyatı müəllimliyi bölməsi Qafqaz Universitetinin fəaliyyətə başladığı ilk tədris ilindən etibarən açılmışdır. 1993-cü ildən bü günə kimi bakalavr təhsili aparan bölmədə 1998-ci ildən magistratura, 2006-cı ildən etibarən isə doktorantura pilləsi üzrə kadr hazırlığı həyata keçirilir. İxtisas biliklərinin, informasiya texnologiya kommunikasiyalarının və xarici dillərin mənimsənilməsinə xüsusi fikir verilən bölmədə bakalavr təhsili 4 il təşkil edir. Türk dili, qədim türk ədəbiyyatı, yeni türk ədəbiyyatı, türk xalq ədəbiyyatı üzrə tərtib edilən 4 əsas ixtisaslaşma fənn proqramı və bu ixtisaslaşma proqramına hazırlıq mahiyyəti daşıyan klassik türk dili ədəbiyyat nəzəriyyəsi, tarixi türk dili, yazılı və şifahi ifadə, uşaq ədəbiyyatı, dünya ədəbiyyatı, tərcümə nəzəriyyəsi və təcrübəsi, dilçiliyə giriş fənnləri, tələbələrin türk dili sahəsində yüksək ixtisaslı kadr kimi yetişmələrinə imkan verir. Dil və ədəbiyyat dərsləri ilə yanaşı tələbələrə müəllimlik peşəsini öyrədən pedoqogika, təlim psixologiyası, təlim sosiologiyası kimi pedoqoji fənnlər də tədris olunur. Eyni zamanda tələbələrə Azərbaycan dili və nitq mədəniyyəti, azərbaycan ədəbiyyatı, azərbaycan tarixi kimi fənnlər də tədris olunur. Tədris planına uyğun olaraq tələbələr 4-cü kursda təhsil nazirliyinin tabeçiliyindəki ümumtəhsil məktəblərində keçirlər. 

Etiketlər :