Xaricdə təhsil

Niyə xaricdə təhsil almalıyam?

226 izlənmə

Paylaş

 

0

Bəhruz Əzizov

Təhsil

Paylaşılma tarixi

10 iyun 2016 16:29

Xaricdə təhsil almaq hal – hazırda bütün tələbələrin arzusuna çevrilib. Bəs niyə xaricdə təhsil almaq lazımdır? Bunun bir neçə səbəbi var. Birinci səbəbi xaricdə təhsilin yüksək səviyyəli olmasıdır. Məlumdur ki, xarici universitetlərdə təhsil daha yüksək səviyyədə keçirilir. Və onlar elmə daha çox büdcə ayırdıqlarına görə təhsil səviyəsi də bir o qədər yüksək olur. Digər bir səbəbi isə peşəkar müəllimlərin olmasıdır. Peşəkar müəllimlər xarici universitetlərdə tələbələrlə işləməyi daha çox sevdiklərinə görə və tələbələr bu peşəkar müəllimlərdən daha çox yararlana bildiklərinə görə tələbələr xaricdə oxumağı arzu edirlər. 3-cü səbəb isə data base-lər, informasiyalar, kitabxanalardır. Xarici universitetlərin kitabxanaları özləri kimi bir neçə universitetlərlə və digər peşəkar jurnallarla və ya data base-lərlə əlaqəli olduqlarına görə istədikləri məlumata istədikləri zaman həm universitet içindən həm də universitet xaricindən o məlumatları əldə edə bildiklərinə görə çox asan olur. Xaricdə təhsilin daha bir səbəblərindən biri də xaricdə təhsil almış tələbələrin karyeralarına dərindən təsiridir. Çünki təəssüflər olsun ki, ölkəmizdə xaricdə təhsil almış tələbələrə işə müraciət etdikləri zaman üstünlük verilir. Düşünürəmki xaricdə təhsil almış tələbələr təhsillərini daha peşəkar aldıqlarına görə və orada məsələn sənaye mühəndisliyində təhsil alan tələbələrin sənayelərlə və şirkətlərlə yaxından əlaqələri olduğuna görə onların təcrübələrinə güvənirlər. Ona görə də xaricdə təhsil almış tələbələr işə müraciət etdiklərinə görə onlar ilk sıralarda olurlar.

Etiketlər :