Akromeqaliya

Akromeqaliya nədir?

10 izlənmə

Paylaş

 

2

Hidayət Məmmədzadə

Endokrinologiya

Paylaşılma tarixi

31 mart 2017 11:09

Akromeqaliya xəstəliyi hərfi mənada yunan dilində “akros”-ətraf, “meqalos”-böyümə deməkdir. Hipofiz vəzi beynimizin içində, mərkəzdə yerləşən bir endokrin orqandır. Bu orqan həyat üçün əhəmiyyətli bir çox hormonlar istehsal edir. Bunlardan biri də böyümə hormonudur. Akromeqaliya hipofiz vəzində böyümə hormonunu artıq istehsal edən düyünlərə, törəmələrə bağlı olaraq yaranan metabolik, nadir bir xəstəlikdir. Akromeqaliya xəstəliyi adətən xoşxasiyyətli, hipofiz vəzində hansısa bir leziyona, törəməyə bağlı olaraq yaranır. Gizli gedişli bir xəstəlikdir. Başlandığı müddətlə diaqnoz qoyulan müddət arasında adətən 5 ildən bəzən 10-15 ilə qədər zaman keçir. Xəstəlik çox gizli gedişli nadir bir xəstəlikdir. Hər milyon əhaliyə təxminən 40-70 nəfər xəstə düşür. Hər il isə dünyada hər milyon əhaliyə 3-4 yeni xəstə akromeqaliya olaraq diaqnoz edilməkdədir. Bu xəstəlik çox ciddi metabolik dəyişikliklər yaratmaqla yanaşı orqanizmdə həyat keyfiyyətini pozaraq çox ciddi fəsadlara yol açmaqdadır. Akromeqaliya xəstəliyində öz yaş qruplarına görə digər insanlara nəzərən ölüm nisbəti daha çoxdur. Bu xəstəlik müalicə olunmadıqda öldürücü bir xəstəlikdir. Nadir və gizli gedişli bir xəstəlik olduğu üçün əhali arasında çox da bilinməməkdədir. Akromeqaliya xəstəliyi daha çox 45-55 yaş arası insanlarda rast gəlinir. Qadın və kişilərdə rast gəlmə tezliyi demək olar ki, bərabərdir.

Etiketlər :