Prolaktin hormonu

Prolaktin hormonu nədir?

11 izlənmə

Paylaş

 

1

Hidayət Məmmədzadə

Endokrinologiya

Paylaşılma tarixi

06 aprel 2017 12:11

Prolaktin hormonu beyində yerləşən hipofiz vəzin istehsal etdiyi bir hormondur. Prolaktin hormonu süd hormonudur. Yəni uşaq üçün çox əvəzsiz, dəyərli və müqəddəs qida sayılan ana südünün verilməsi prolaktin hormonundan birbaşa asılıdır. Əgər prolaktin hormonu normal səviyyələrdə deyilsə ana uşağına süd verə bilməz. Bu hormon hər iki cinsdə vardır. Yüksəkliyi bir sıra ciddi fəsadlara səbəb olmaqdadır. Çox nadir də olsa anadangəlmə prolaktin hormonunun yetərsizliyi də ola bilər.Prolaktin hormonunun süd vəzlərinin inkişafında, formalaşmağında və südvermədə əvəzsiz rolu vardır. Kişilərdə bilinən bir vəzifəsi olmasa da spermanın keyfiyyətində və hərəkət faizində əhəmiyyətini göstərən bir sıra tədqiqatlar olmaqdadır.

Etiketlər :