Əllərdə keyimə

Əllərimiz niyə keyiyir?

10 izlənmə

Paylaş

 

0

Nərgiz Ağayeva

Nevrologiya

Paylaşılma tarixi

12 aprel 2017 14:56

Əllərimizin niyə keyidiyini müəyyənləşdirmədən öncə əlimizə impulsların necə gəldiyini bir gözdən keçirək. Baş beyindən başlayan impuls əvvəlcə onurğa beynin boyun fəqərələrinə sonra yuxarı, çiyinə ondan sonra da sinirlərlə dirsək və sonra da əl biləyindən keçərək barmaqlarımıza qədər gəlir. Yəni bu mərhələlərin hər hansı bir yerində hər hansı bir patologiya olarsa əllərimizdə uyuşma şəklində özünü göstərə bilir. Praktikada ən çox gördüyümüz problem karpal tunel sindromu dediyimiz, bilək sindromu dediyimiz bir vəziyyətdir. Bu vəziyyətdə biləklərimizdə bir sıxışma olur. Daha çox bu xəstələr gecə səhərə yaxın əllərinin keyiməsindən, üzərinə yatmışmış iynəbatmalardan şikayət edirlər və əllərini sallamaqla bunun keçdiyini ifadə edirlər. Sonralar bu xəstəlik daha da artdıqca gündüzlər də olmağa başlayır. Karpal tunel sindromunda daha çox biləklərdə sinirlər sıxışır. Bu şəkər xəstələrində, tiroid xəstələrində, hamilələrdə, daha çox qadınlarda görünür amma hər iki cinsdə belə əlamətlər görmək mümkündür. Bunun müayinəsi əvvəlcə nevrolojik olaraq şübhələnib elektromioqrafiya dediyimiz bir müayinə üsulu ilə sinirlərin keçiriciliyini ölçərəkdən diaqnozu dəqiqləşdirə bilirik. Digər səbəblər isə dirsəklərdə eyni dərəcədə sıxışma və yaxud boyun fəqərələrində olan problemlərlə əlaqədar ola bilir. Və yaxud heç bir səbəb olmadan hər hansı bir psixoloji yorulma əlaməti ola bilir. Və yaxud çox ciddi bir səbəbdən baş beyində önəmli bir proses, həcmlilik və yaxud da işemik bir proses gedərsə onun nəzarət elədiyi əl sahəsində keyimə şəklində ortaya çıxa bilir. Ona görə də ən önəmlisi səbəbi müəyyənləşdirilib səbəbə görə müalicəsinin aparılması məsləhət görülür.

Etiketlər :