Psixologiya

    • Email : dr.baku@gmail.com
    • Web : http://www.karnegi.az/
    • Telefon : (012) 408-42-14

    Nəcəf Allahverdiyev

    2 Mövzu 56684 izlənmə

    Moskva Ritorika və Natiqlik Bacarığı Universitetinin məzunu,“Beynəlxalq trenerlər assosasiyası”nın üzvüdür. 2012-ci il Moskvada keçirilən “Beynəlxalq oratorlar çempionatı”nın Gümüş Mükafatçısıdır. Xarizmatik Natiq Treninqinin və Mind Map (Beyin Xəritəsi) Treninqinin təlimçisidir. Eyni zamanda Maykl Mixalko metodikası üzrə İdeyaların Generatoru kurs-təlimin treneridir.

    1992-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. 1993-cü ildən tibbi fəaliyyətlə məşğuldur. 2000 ildən bu günə kimi şəxsi klinikanın baş həkimidir. 1999-cu ildən Bilik” Cəmiyyətində  müəllim fəaliyyətinə başlayıb. Psixologiya və özünü dərk etmənin müxtəlif aspektləri üzrə dərs deyib. Elə o dövrdən “İdealar Generatoru” təlimini tədris etməyə başlayıb. 2001 ildə PR üzrə kurs bitirmişdir. 2006 ildə PhD (psixoterapiya ixsisası) üzrə Xəzər universitetinə daxil olub. Eyni zamanda universitetin Tibbi biliklər kafedrasında müəllim fəaliyyətinə başlayıb. Həmçinin 2007 – 2008-ci illər Bakıxanov adına sarayın nəznində Qızlar Gimnaziyasında dərs deyib. 2010-cu ildə Moskva Ritorika və Natiqlik Bacarığı Universitetini bitirib, müstəqil trener statusunu alıb. Həmin ildən Beynəlxalq trenerlər assosasiyasının üzvüdür. 2012-ci ildə Moskva şəhərində Moskva Ritorika və Natiqlik Bacarığı Universitetin”də ixtisasını təkminləşdirib və eyni zamanda “Beynəlxalq Oratorlar Çempionatının” Gümüş mükafatını əldə etmişdir. 2011-ci ildən Bakı şəhərində “KarnegiKlub” Treninq Mərkəzinin təsisçisi və rəhbəridir.

    İtaliyada, Almaniyada, Rusiyada, Türkiyədə, ABŞ-da müxtəlif seminarlarda iştirak edib. 

    41 yaşı var. Evlidir. Dörd uşağı var.