Marketinq

    • Email : a.fataliyev@performance-center.az
    • Web : http://www.anarfataliyev.com/
    • Telefon : 0773688669

    Anar Fətəliyev

    1 Mövzu 2558 izlənmə

    1986-cı ildə Anar Vahid oğlu Fətəliyev Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhəri “Zəngi” Litseyində almışdır.2004-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Kommersiya” fakültəsinin “Ticarətin iqtisadiyyatı və idarə edilməsi” ixtisasına qəbul olmuş, 2008-cü ildə oranı bitirmişdir.2008-2009-cu illərdə 1 il hərbi xidmətdə olmuşdur. 2009-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Marketing” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirmişdir.2010-2011-ci illərdə Suzuki Avtomobil markasının Azərbaycandakı rəsmi dilleri “Aztol Motors” şirkətində Satış məsləhətçisi daha sonra Satış və Marketing Meneceri vəzifəsində çalışmışdır.2011-2014-cü illərdə “SİNTEKS” şirkətində işlədiyi müddətdə 20-yə yaxın beynəlxalq brendlərin (Emporio Armani, DG, TOD’S, CELINE, TomFord, GUESS, G by Marciano, GUESS (Gürcüstan / Tbilisi), DIESEL, MAX&Co, ALBATROS, Marina Rinaldi, Hugo Boss, MAX MARA və s.) Azərbaycandakı Marketing Meneceri olmuşdur2014 sentyabr ayından Chevrolet və Gadillac avtomobil marklarının Azərbaycanda rəsmi təmsilçisi olan “Performance Center” şirkətində Marketing Departamentinin Rəhbəri vəzifəsində çalışır.2013-cü ildən eyni zamanda bir çox şirkətlərdə müstəqil Konsultant olaraq fəaliyyət göstərir.2013-cu ildən Azərbaycan Turizm və Menecment Universitetində müəllim kimi fəaliyyət göstərir. 2016-ci il Azərbaycan Turizm və Menecment Universitetinin İqtisadiyyat üzrə fəlsəfə doktoru proqramına qəbul olmuşdur.