Psixoloq / Psixoterapevt

    • Email : info@pma.az
    • Web : pma.az
    • Telefon : +994 (12)562 88 46

    Nərgiz Qaravəliyeva

    1 Mövzu 3103 izlənmə
    Bakı şəhərində anadan olub. Orta təhsilini "Qafqaz" Azərbaycan-Türkiyə Özəl Gimnaziyasında alıb. Türkiyə Cümhuriyyəti Ankara şəhərində Qazi Universitetində "Psikolojik Danışma ve Rehberlik" ixtisasını bitirib. Akademik səviyyədə Türk dili, İngilis dili, Alman dili, orta səviyyədə Rus dili bilir. Universiteti başa çatdırma tezisinin mövzusu "Türkiyəyə təhsil almaq məqsədilə gələn xarici tələbələrin universitetə adaptasiya səviyyələrinin tədqiqatı" olmuşdur. Tədqiqata Türkiyədə, Ankara şəhərində müxtəlif universitetlərdə təhsil alan 24 fərqli ölkədən (Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Yaponiya, Fransa, Almaniya, Maldova və s.) tələbələr cəlb olunmuşdur və komissiya tərəfindən yüksək dəyərləndirilmişdir. Tələbəlik illərində Qazi Universiteti Tibb Fakultəsində fakultənin psixiatrlarının çıxış etdiyi "Uşaqlara qarşı məsuliyyətsizlik və onların istismar olunması", "Qadın və Şiddət", Professor Binnur Yeşilyaprağın "Duyğusal Zəka", Qazi Universiteti İqtisadi İdarə Elmləri Fakultəsində "Liderlik", "Uğurlu karyera", "Bədən dili", Ankara Dövlət Universitetində Uzman psixoloq Sevgi Güney və Uzman psixoloq Tarık Solmuşun "Sevgi və Bağlılıq növləri", Başkent Universitetində universitetin psixoloqlarının təşkil etdiyi "Motivasiya" və başqa bir çox seminarlarda iştirak etmişdir.